Kaliforniya ştatının Los Anceles şəhərində yerləşən “Pico Shul” sinaqoqunda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Tədbirdə yəhudi icmasının çoxsaylı nümayəndələrilə yanaşı, digər müxtəlif icmaların nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edən sinaqoqun rəhbəri ravvin Yona Bukstayn bu tədbirinin keçirilməsi ilə yəhudi icmasının Azərbaycan xalqının dərdini və ağrı-acısını bölüşdüyünü diqqətə çatdırıb.
Y.Bukstayn Azərbaycanın tarixi tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, qədim zamanlardan müasir dövrə qədər Azərbaycanda yəhudilərə daim xoş münasibətin göstərildiyini vurğulayıb. O, Azərbaycanın dünyada yaşayan yəhudilərin və İsrailin dostu olduğunu xüsusi qeyd edib.
Öz növbəsində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev yəhudi icmasına təşəkkür edib, bu tədbirin ABŞ-da bir yəhudi sinaqoqunda Xocalı qətliamına həsr olunmuş ilk tədbir olduğunu qeyd edib.
O, Azərbaycanda yəhudilərə qardaşlıq münasibətinin göstərildiyini, tarix boyunca dar günlərində azərbaycanlıların daim yəhudilərə yardım əlini uzatdığını və onları qoruduğunu bildirib.
Xocalı qırğınının canlı şahidi olan Anar Usubov isə xatirələrini bölüşüb. O, çıxışı zamanı soyqırım nəticəsində yalnız ailə üzvlərini və qohum-əqrabasını deyil, eyni zamanda uşaqlığını, gəncliyini də itirdiyini deyib.
Bundan başqa, sinaqoqun nümayəndəsi Xocalı soyqırımı ilə bağlı gerçəklikləri araşdırdığı zaman qarşılaşdığı faktlardan sarsıldığını, baş verən vəhşiliklərin insanlıq anlayışına sığmadığını qeyd edib. Onun sözlərinə görə, bu qanlı hadisələrin şahidlərindən olan Dürdanə Ağayeva ilə görüşdüyünü, onun başına gələnlərdən dəhşətə gəlib. E.Pflaster bəşər tarixində belə faciələrin bir daha yaşanmaması üçün Xocalı həqiqətlərinin bütün dünyanın bilməli olduğunu vurğulayıb.
Tədbirdə Xocalı soyqırımı haqqında video-material nümayiş olunub.
Məlumatda qeyd edilir ki, tədbiri pozmağa çalışan Los Anceles erməni lobbisinin nümayəndələri “Pico Shul” sinaqoqunun divarlarına müxtəlf təhqiramiz qraffitilər yazıblar.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət