Bu gün Milli Məclisin plenar iclasında deputatlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Xocalı soyqırımı bəşəriyyətin tarixində ən qanlı və dəhşətli cinayətlərdən biridir”,- deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
O söyləyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları Azərbaycanın Xocalı şəhərində 600-dən çox dinc sakini vəhşicəsinə qətl ediblər.
“20 ildən çoxdur dünya ictimaiyyətinin Xocalı soyqırımını tanıması istiqamətində böyük iş aparılır. Bunun nəticəsində bir sıra dövlətlərin parlamentləri, eləcə də ABŞ-ın 15 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər”, - deyə O.Əsədov qeyd edib.
Spiker deyib ki, bu günlərdə Milli Məclisin 20-dən çox deputatı dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının 23 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.
“Biz əminik ki, Xocalı soyqırımının törədilməsində müqəssir olanlar cəzasız qalmayacaq. Biz işğal edilmiş ərazilərimizi istənilən yolla geri qaytaracağıq”,- deyə O.Əsədov vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət