Moldova Respublikası Hökuməti yanında İctimai İdarəçilik Akademiyasında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən konfrans çərçivəsində moldovalı alim, tarix direktoru Ruslan Şevçenkonun “Ermənistan-Azərbaycan münaqişəsi: tarix və müasirilk” adlı moldavan dilində nəşr edilən kitabın təqdimatı olub. Bu barədə Azərbaycanın Kişinyovdakı səfirliyindən məlumat verilib.
Konfransda çıxış edən Azərbaycanın Moldovadakı Namiq Əliyev vurğulayıb ki, Xocalı faciəsi xalqın yaddaşında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi boyu ermənilər tərəfindən törədilən ən dəhşətli soyqırım aktı kimi iz qoyub.
Səfir qeyd edib ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin həllində və insan hüquqlarının müdafiəsində beynəlxalq hüquqa etinasızlıq göstərərək və ikili standartlar tətbiq edərək Ermənistan rəhbərliyi tərəfindən Qafqazda həyata keçirilən etnik təmizləməni və monoetnik zonanın yaradılmasını “görmürlər”.
Tədbir zamanı “Xocalıya ədalət!” çağırışına imza toplanıb.
Konfrans çərçivəsində erməni faşistlərinin vəhşilikləri, onlar tərəfindən Xocalıda törədilən soyqırımı aktı barədə film nümayiş olunub.
Tədbirin təşkilatçıları Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Respublikası Hökuməti yanında İctimai İdarəçilik Akademiyasıdır.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət