Amerikanın Pensilvaniya ştatının qanunverici orqanı Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat verir.
Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) Pensilvaniya ştatının qanunverici orqanının sessiyası zamanı ilk oxunuşdan mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi, konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
Başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou olmaqla, ştatın 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənir və erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.
Sessiyada, eyni zamanda Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, eləcə də Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova və Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Sessiyadan sonra ştatın Kapitoliya binasında “Azərbaycanın Dostları Assambleyası”nın (“AFAZ”) təşkilatçılığı ilə Xocalı qətliamının anım mərasimi keçirilib. Mərasimdə çıxış etmiş millət vəkilləri S.Fətəliyeva və A.Mollazadə Xocalı qətliamının Azərbaycan xalqının yaddaşında yeri barədə məlumat verib və bunu insanlığa qarşı cinayət kimi qiymətləndiriblər. Tədbirdə Nümayəndələr Palatasının 14 üzvü çıxış edib. H.Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirib.
Sonda səfirliyin əməkdaşı Natiq Baxışov çıxış edərək Pensilvaniya ştatının qanunverici orqanının Xocalı qətliamını pisləyən və onun qurbanlarının xatirəsini anan qətnaməni qəbul etməsi ilə bağlı Azərbaycan tərəfinin təşəkkürünü ifadə edib.
Pensilvaniya ştatına səfər zamanı Azərbaycan nümayəndə heyəti ştatın vitse-qubernatoru Mayk Stak (Mike Stack) ilə də görüş keçirərək Xocalı qətliamı ilə bağlı məlumat verməklə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə dair də müzakirələr aparıb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət