Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov əmindir ki, Ermənistan gec-tez azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi Bakıya qaytarmağa məcbur olacaq.
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin hərəkətlərində cinayət tərkibi yoxdur. Onlar qohumlarının qəbirlərini ziyarət ediblər. Buna görə də düşünmürəm ki, Ermənistan onları uzun müddət saxlaya bilər”, - deyə Z.Əsgərov jurnalistlərə bildirib.
O qeyd edib ki, girovlardan biri Rusiya vətəndaşıdır və Moskva onun taleyinə biganə qalmayacaq.
“RF XİN başçısı bəyan edib ki, bu istiqamətdə iş aparılacaq. Rusiyanın öz vətəndaşının taleyinə biganə qalacağını düşünmürəm”, - deyə birinci vitse-spiker bildirib.
O vurğulayıb ki, ABŞ da azərbaycanlı girovların qaytarılmasında maraqlıdır.
“Nuland (ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland) həm Bakıda, həm də İrəvanda girovların qaytarılmasına dair müvafiq bəyanatlarla çıxış edib. Həmin bəyanatların arxasında təsirli tədbirlərin dayanması mühümdür”, - deyə Z.Əsgərov vurğulayıb.
D.Əsgərov və Ş.Quliyev bu ilin iyul ayının əvvəlində işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Əsir düşmüş digər azərbaycanlı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti 2014-cü il oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
Separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə” D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət