Vyetnamın paytaxtı Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən “Xocalı. Soyqırımı və insanlığa qarşı cinayətlər. Cəzasızlığın təntənəsi.” mövzusunda konfrans keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Tədbirdə çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalının dinc əhalisi, o cümlədən qadın və uşaqlara qarşı vəhşiliklər törətdiyini, soydaşlarımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncə, zülm və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
A.İmanov vurğulayıb ki, Xocalıda baş vermiş bu cinayət əməlinə görə Ermənistan dövləti, xüsusilə də cinayətin birbaşa iştirakçıları olmuş Ermənistanın hazırkı rəhbərliyi məsuliyyət daşıyır.
Diplomat Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı, bu cinayət hadisəsinə lazımi siyasi və hüquq qiymət verilməli olduğunun vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, əks halda bu, cəzasızlığın təntənəsi olacaq və dünyanın bir sıra başqa regionlarında da oxşar cinayət hadisələrinin törədilməsinə zəmin yaradacaq.
Konfransda çıxış edən Vyetnam parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Tran Dinh Nha, Vyetnamın digər strukturlarının nümayəndələri, həmçinin Türkiyənin Vyetnamdakı səfiri Ahmet Akif Oktay, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi Phuong Thao Tran Thi Xocalıda baş vermiş qətliamın insanlığa qarşı yönəlmiş cinayət olduğunu söyləyib və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyət tərəfindən ədalətli mövqeyin ortaya qoyulmasının vacibliyini vurğulayıblar.
Çıxış edənlər insanların təməl hüququ olan yaşamaq hüququnun Xocalı qətliamı nəticəsində kütləvi şəkildə və kobudcasına pozulduğu qeyd olunub, xüsusilə də qadınlara və uşaqlara qarşı törədilmiş vəhşiliklərə heç cür bəraət qazandırmağın mümkün olmadığını bildiriblər.
Qeyd olunub ki, uzun illər müharibələrdən əziyyət çəkmiş, soyqırımı və hərbi cinayətlərlə üzləşmiş Vyetnam xalqı Xocalı faciəsini daha yaxşı anlayır və onu pisləyir.
Konfrans zamanı Vyetnam dilinə tərcümə olunmuş “Xocalı soyqırımı” kitabının, Vyetnam və ingilis dillərindəwww.khojaly.vnsaytının təqdimatı keçirilib. Bundan başqa, tədbirdə Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş etdirilib və tədbir iştirakçılarına faciə barədə kitab və bukletlər paylanılıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət