Texasdan olan ABŞ Konqresmeni Pit Olson ABŞ Konqresində Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə bəyanatla çıxış edib. Konqresmen 1992-ci ilin 26 fevral tarixində Azərbaycan torpağı olan Xocalıda erməni qüvvələri tərəfindən qətliam törədildiyini və nəticədə 613 mülki şəxsin öldürüldüyünü bildirib.
Konqresmen Olson ötən müddət ərzində Azərbaycanın uğurlu və iqtisadi baxımdan çiçəklənən ölkəyə çevrildiyini deyib. O, Azərbaycanın çox əhəmiyyətli geosiyasi məkanda ABŞ-ın etibarlı tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın İsrail ilə olan yaxın tərəfdaşlığını qeyd edib.
Konqresmen Olson 25 fevral tarixində ABŞ Konqresində Xocalı Faciəsinin 23-ci ildönümü münasibətilə keçirilmiş anma mərasimində iştirak etmiş və faciə barədə ətraflı danışmışdır.
26 fevral 2015-ci il tarixində Montana ştatından olan ABŞ Konqresmeni Rayn Zinke Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib.
Konqresmen Zinke Xocalı faciəsinin real miqyasını kiçildilməsi cəhdlərinə baxmayaraq, 1992-ci ilin 26 fevralında həyata keçirilən qətliamda 613 silahsız azərbaycanlının öldürüldüyünü bildirib. Eyni zamanda, Konqresmen Azərbaycan və ABŞ-ın yaxın münasibətlərini, eləcə də Azərbaycanın Əfqanıstanda həyata keçirilən əməliyyatlara əhəmiyyətli töhfəsini xüsusi qeyd edib. O, belə bir gündə ABŞ-ın müttəfiqi olan Azərbaycanın faciəsinin tanınmasının vacib olduğunu vurğulayıb.
Konqresmen Zinke 25 fevral tarixində Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində keçirilən anma mərasimində iştirak edib və nitq söyləyib.
Eyni gündə Kaliforniyadan olan Konqres üzvü Cudi Çu çıxış edərək, Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən çıxış etsə də, Konqresmen Zinkenin bəyanatı sayəsində Konqres üzvlərinə reallığı əks etdirən məlumatlar çatdırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət