Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberberlə rezident mübadiləsi məsələlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov qonaqlara son illər universitetdə görülən işlər, açılan yeni klinikaların fəaliyyəti haqqında ətraflı məlumat verib.
Ə.Əmiraslanov qeyd edib ki, Qazi Universiteti ilə münasibətlərin tarixi 20 ildən artıq müddətə dayanır: “Artıq bu universiteti özümüzə doğma sayırıq. Bir neçə dəfə birlikdə telekörpü təşkil etmişik. Rezidentlərimiz mübadilə proqramları çərçivəsində Qazi Universitetində rotasiya keçirlər. Bu əlaqələri daha da genişləndirmək, Qazi Universitetinə daha çox rezident göndərmək niyyətindəyik”,- deyə o bildirib.
Öz növbəsində S.Büyükberber də Qazi Universitetinin nəzdində yeni xəstəxana tikildiyini, bu səhiyyə ocağının Avropanın ən böyük təcili yardım xidməti olacağını söyləyib. Onun sözlərinə görə, hazırda 80 min tələbəsi olan Qazi Universitetinin xəstəxanasında azərbaycanlı assistentlər də işləyir: “Ümumi cərrahiyyədə işləyən azərbaycanlı rezidentlərdən çox razıyıq. Biz Tibb Universitetindən daha çox rezidentin, həkimlərin Türkiyəyə gəlməsini istəyirik”,- deyə qonaq qeyd edib.
Daha sonra Tibb Universitetindən Qazi Universitetinə göndərilən rezidentlərin sayının artırılması ilə bağlı razılıq əldə edilib.
Tərəflər gələcəkdə bu iki təhsil ocağının tələbələrinin hər iki universitetdə təhsil alması, hər iki yerdən diplom almasının mümkün ola biləcəyinə dair müzakirələr aparıblar.
Rektorlar Tibb Universiteti və Qazi Universiteti arasında tələbə mübadiləsi, müştərək konfranslar, seminarlar və müxtəlif tədbirlərin təşkili və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair müzakirələr aparıblar.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət