Amerikanın Nyu York ştatının Nümayəndələr Palatası Azərbaycanda yaradılmış tolerantlıq mühitini alqışlayır. Bu barədə Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun mətbuat xidməti məlumat verir.
Qətnamə qəbul edildikdən sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu sənədin qəbulunda təşəbbüskar olan qanunvericilərlə əlaqə saxlayaraq, onlara və Nümayəndələr Palatasının digər bütün üzvlərinə təşəkkür edib, Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunəvi bir model olduğunu bildirib.
Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Eyni zamanda, 2015-ci ilin may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qətnamədə bu sənədin surətlərinin ABŞ prezidentinə, dövlət katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən senator və konqresmenlərə göndəriləcəyi bildirilir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət