Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 27,6 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 842 sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 2 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə günü Yevlax rayonunun Kovar kəndində sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayeva istinadən bildirilir ki, indiyədək Aran iqtisadi rayonunda sahibkarlar 9,766 min layihənin reallaşdırılması üçün SKMF-in xətti ilə 415,5 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu layihələr çərçivəsində 33,4 mindən çox yeni iş yeri yaradılıb.
“Tədbir çərçivəsində 54 sahibkarlıq subyektinə 1,4 mln. manat məbləğində güzəştli kredit verilib. Bu vəsaitlər heyvandarlıq, əkinçilik, quşçuluq və digər sahələrdə layihələrin həyata keçirilməsinə yönəldiləcək və nəticədə 80-dən artıq yeni iş yeri açılacaq”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət