Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin fevral ayı ərzində dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxlanılıb. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verir.
Onların 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan bir cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər şəxs barəsində isə axtarış elan olunub. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança, 4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran İslam Respublikasının valyutası, 25 baş xırdabuynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içki, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatı, 423 ədəd kosmetik vasitə və digər istehlak malları saxlanılıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət