Azərbaycan ABŞ üçün vacib ölkə və yaxın müttəfiqdir. Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətinin bazar ertəsi verdiyi məlumata görə, bu sözləri Amerikanın Nyu Meksiko ştatının qubernatoru Suzana Martinez Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı söyləyb.
“Nyu Meksiko ştatı Azərbaycanı bundan sonra da dəstəkləyəcək”, - deyə o bildirib.
S.Martinez Nyu Meksiko ştatının ölkəmizlə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyərək, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb.
Bakı ilə Nyu Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov bu əlaqələrin daha da inkişaf etdirilməsinin və tərəflər arasında əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyini bildirib.
Azərbaycan nümayəndə heyəti S.Martinezə Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı açıqlamasına görə təşəkkür edib, bu kimi faciələrin təkrarlanmaması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, eləcə də bu münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər əsasında həll olunmasına yönəlmiş səylərin artırılmasının zərurini vurğulayıb.
Azərbaycan nümayəndələri Nyu Meksiko ştatı Senatının plenar iclasında da iştirak edib. İclas zamanı Senat tərəfindən bu il qəbul edilmiş Azərbaycanda qədim tolerantlıq ənənələrini alqışlayan qətnamənin surəti Azərbaycan tərəfinə təqdim edilib.
Senatın sədr müavini Meri Key Papen, həmçinin bir sıra digər senatorlarla görüşlər zamanı Bakı və Vaşinqton, eləcə də Nyu Meksiko ilə ölkəmiz arasında mövcud münasibətlər müzakirə edilib.
M.Talıbov Nyu Meksiko Nümayəndələr Palatasının spikeri Don Tripplə görüş zamanı ona Azərbaycan Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə ABŞ-ın bir sıra ştatları ilə yanaşı, Nyu Meksikoda da keçirilmiş Xocalı qətliamının anılması üzrə tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət