Naxçıvan Muxtar Respublikasında (MR) məktəblilərin stomatoloji müayinəsi aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Stomatoloji Mərkəzin iş planına uyğun olaraq, muxtar respublikamızda bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə stomatoloji müayinələrin aparılması nəzərdə tutulub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzdə 6 həkim və 6 tibb bacısından ibarət briqada yaradılıb”, - deyə mətbuat xidmətindən bildirilib.
Yaz mövsümünün stomatoloji müayinələri Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərini əhatə edəcəkdir. Bu müddətdə müayinələrə 11 min 435 nəfər məktəblinin cəlb edilməsi nəzərdə tutulub. Artıq Naxçıvan şəhərinin 7 ümumtəhsil məktəbində, eləcə də Ordubad şəhərindəki Məhəmməd Füzuli adına tam orta internat məktəbində müayinələrin ilk mərhələsi başa çatıb. Müayinələrlə əhatə edilən 3,4 min şagirdin 55 faizində çənə qüsuru, diş əti xəstəliyi, kariyes və onun fəsadları müşahidə olunaraq onlar qeydiyyata alınıblar. Məktəblərdə fəaliyyət göstərən tibb kabinələrinin işçiləri uşaqların müayinədən keçirilməsində və sənədləşmənin aparılmasında, eyni zamanda qeydiyyata götürülməsində yaxından iştirak edirlər.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova çıxış edərək dişlərə qulluğun insan sağlamlığında rolundan danışıb.
Sonra ağız boşluğuna qulluq haqqında slaydlar nümayiş etdirilib.
Tibb kabinəsində məktəbin 800 şagirdi profilaktik müayinələrə cəlb edilib, ağız boşluğunun, dişlərin profilaktik müayinələri aparılıb. Kariyes və diş əti xəstəliyi müşahidə olunan şagirdlərin valideynlərinə onların müalicəyə cəlb edilməsi tövsiyə olunub. Məktəblərin yaz tətilindən sonra Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələrinin də bu müayinələrdə iştirak edərək praktik vərdişlərə yiyələnmələri nəzərdə tutulub.
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət