Rusiya Federal Gömrük Xidməti (FGX) “ABB-Moskva” Bankının (Azərbaycan Beynəlxal Bankının Rusiyadakı törəməsi) maksimal gömrük zəmanətlərinin limitini artırıb. Bu barədə bankın məlumatında deyilir.
“Federal Gömrük Xidmətinin 2 sentyabr 2013-cü il tarixli 164 saylı əmri ilə təsdiq edilmiş “Gömrük rüsumları, vergilərin ödənilməsinə dair bank zəmanətlərinin verilməsi hüququna malik banklar, digər kredit və sığorta təşkilatlarının Reyestrinə dəyişikliklərin edilməsi haqqında” FGX-nin əmrinə əsasən “ABB-Moskva” bankı üçün bir bank zəmanətinin maksimal məbləğinin 35 mln. rubldan 140 mln. rubla qədər artırılması hissəsinə və eyni vaxtda qüvvədə olan bütün bank zəmanətlərinin maksimal məbləğinin 170 mln. rubldan 700 mln. rubla qədər artırılması ilə bağlı dəyişikliklər edilib”, - deyə bankın məlumatında qeyd edilir.
2010-cu il yanvarın 1-dən Rusiya FGX ABB-Moskva Bankını gömrük rüsumlarının ödənişi üzrə zəmanətlər vermək hüququna malik olan bankların reyestrinə daxil edib. FGX-nin xeyrinə bank zəmanəti gömrük brokerləri və daşıyıcları, müvəqqəti saxlama anbarlarının sahibləri və digər şəxslərə təqdim edilir.
Maliyyə-kredit təşkilatlarının bu reyestrə daxil edilməsi bank tərəfindən müştəri üçün illik zəmanət haqlarının endirilməsinə və təsdiqi müddətinin əhəmiyyətli dərəcədə qısaldılmasına imkan verir.
“ABB-Moskva” 2002-ci ildə təsis edilib və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100%-lik törəmə strukturudur.
Bank Rusiyanın iri maliyyə-kredit müəssisələrinin TOP-150-nə daxildir.
2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, bankın aktivləri 44,6 mlrd. rubl təşkil edir. Hazırda bankın şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda satış ofislərindən ibarətdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət