Rəsmi Bakı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məqsədilə diplomatik üsullardan istifadə edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Azərbaycan bütün diplomatik nümayəndəliklərlə girovların azad edilməsi məsələsini müzakirə edir. Öz növbəsində onlar da Ermənistan rəhbərliyi ilə görüşlərdə həmin məsələləri qaldırırlar”, - deyə E.Məmmədyarov çərşənbə günü Sudanın xarici işlər naziri Ali Ahmed Karti ilə Bakıda ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, Bakı azərbaycanlı girovların tezliklə vətənə qaytarılması üçün səylərini əsirgəmir.
“Sizi əmin edə bilərəm ki, bizdə olan məlumata əsasən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən başqa, bu məsələ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland və Avropa Şurası nümayəndələrinin Ermənistan prezidenti ilə görüşləri zamanı müzakirə olunub. Biz, həmçinin bu məsələni Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterlə də müzakirə etmişik”, - deyə XİN başçısı vurğulayıb.
D.Əsgərov və Ş.Quliyev 2014-cü ilin iyul ayının əvvəlində işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Digər azərbaycanlı Həsən Həsənov isə öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti 2014-cü il oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
Separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə” D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət