Çərşənbə günü Bakıda Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə "Tətbiqi incəsənət həftəsi" açılır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə İttifaqın sədri Fərhad Xəlilov məlumat verib.
"Tədbirin əsas məqsədi bundan ibarətdir ki, biz insanlara daha yaxın olmaq istəyirik. Bu həftə boyunca biz bir çox görüşlər, sərgilər, o cümlədən xeyriyyə sərgiləri keçirəcəyik. Bu, bizim uşaqlara hədiyyəmizdir", - deyə o bildirib.
"Həftə" çərçivəsində xeyriyyə sərgiləri uşaq və qocalar evləri, eləcə də C.Naxçıvanski adına hərbi liseydə keçiriləcək.
F.Xəlilovun sözlərinə görə, belə tədbirlər ənənəvi xarakter daşısa da, bu il yenilik gözlənilir.
"Rəssamlar İttifaqı ilk dəfə olaraq mükafat təsis edir. Bu mükafat Novruz bayramı ilə əlaqədar uşaqlar arasında keçirilən sərginin qaliblərinə veriləcək", - deyə Rəssamlar İttifaqının sədri qeyd edib. O deyib ki, Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti 26 mart tarixində açılacaq uşaqların rəsm sərgisində nümayiş olunacaq eksponatlar arasından dörd nominasiya üzrə ən yaxşı işləri seçəcək, martın 29-da isə qaliblərə pul mükafatları təqdim olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət