Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında 2015-ci il martın 29-da keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olub.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Özbəkistan Baş nazirinin müavini Qulomjon İbraqimov, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, Özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib. İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlər zamanı qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seçki günü paytaxt Daşkənd və Səmərqənd şəhərlərində yerləşən seçki məntəqələrində seçkiləri izləyən nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri 2015-ci il martın 30-da başa çatıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət