Azərbaycan “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar ölkəyə gələcək bütün turistləri yerləşdirməyə hazırdır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin rəhbəri Aydın İsmiyev söyləyib.
“Hesab edirəm ki, otellər Avropa Oyunları zamanı Bakıya gələcək bütün turistləri yerləşdirmək imkanına malikdir. Bununla bağlı heç bir problem olmamalıdır”, - deyə A.İsmiyev bildirib.
İki və üçulduzlu otellərin tikilməsi ilə bağlı sualı cavablandıran A.İsmiyev söyləyib ki, hazırda Azərbaycanda son 3-4 il ərzində tikilmiş bir neçə dördulduzlu otel mövcuddur.
“Mənə elə gəlir ki, bu otellərdə qalmaq üçün qiymətlər münasibdir. Bir gün üçün qiymət 70-80 manat təşkil edir ki, bu da tamamilə münasibdir”,- deyə A.İsmiyev qeyd edib.
Azərbaycan otellərində qiymətlər barədə danışan nazirliyin nümayəndəsi qeyd edib ki, qiymətlər bahalaşmayıb.
“Əgər 100% dolan otellərin sahibləri qiymətləri qaldırırsa, bu, normadır, çünki bu, özl sektordur”, - deyə o əlavə edib.
Bununla yanaşı, A.İsmiyev qiymətlərdə artımın hələ ki, müşahidə olunmadığını qeyd edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət