“İnterfaks-Azərbaycan” agentliyinin Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri, UkraynaAli Radasının Gömrük və vergi siyasəti komitəsinin sədri Roman Nəsirovla müsahibəsi
- Roman Mixayloviç, bu günlərdə siz Azərbaycanda işgüzar səfərdə olmusunuz. Zəhmət olmasa, Bakıya səfərinizin məqsədi və yekunları barədə məlumat verərdiniz.
- Səfərin məqsədləri bunlardır: ötən ilin sonunda yeni çağırış Ukrayna Ali Radası formalaşıb. Bildiyiniz kimi, parlamentdə müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur. Bir neçə həftə əvvəl Azərbaycanla qrup formalaşdırdıq, bura 27 deputat daxildir. Biz uzatmamağı qərara aldıq və imkan tapan kimi qrupun rəhbərliyi və bir neçə üzvü ilə Bakıya səfər etdik.
Səfərin əsas hissəsi Ukrayna ilə dostluq qrupuna daxil olan Azərbaycan parlamentindəki həmkarlar, həmçinin GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşklatının Parlament assambleyalarında nümayəndə heyətləri üzvləri ilə ünsiyyətdən ibarətdir.
Bundan başqa, bu il üçün dövlət səviyyəsində bir sıra görüşlər və hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Səfər zamanı bu il hökumətlərarası komissiyanın iclasının keçirilməsini planlaşdırmaq üçün bir neçə nazirlikdə işgüzar görüşlər keçirdik.
- Belə başa düşürəm ki, artıq müəyyən əməkdaşlıq istiqamətləri müəyyən edilib.
- Məsələ hansı istiqamətlər üzrə əməkdaşlıq etməyimizdə deyil, GUAM və QDİƏT çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün hansı real imkanların olmasından ibarətdir. Biz energetika, hərbi sənaye kompleksi, aqrar sənaye kompleksi, həmçinin mədəniyyət və elm sahələrində istiqamətləri dəqiq müəyyən olunub. Yəni bunlar bir neçə istiqamətdir və hesab edirik ki, onların üzərində dayanmaq və səyləri yönəltmək zəruridir.
- Siz qeyd etdiniz ki, hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. İclasın tarixi və keçirilmə yeri məlumdurmu?
- Azərbaycanda olduğumuz müddətdə burada planlaşdırılacaq bir sıra məsələlər qaldırdıq. Kiyevə gələn kimi orada eyni məsələləri qaldıracağıq. Ukraynada Ali Rada böyük rol oynayır. Ancaq yenə də hökumətlərarası komissiya – bu, hökumətin məsələsidir və biz bu məsələni onunla birgə müzakirə edəcəyik. Düşünürəm ki, işçi qruplarının ilk görüşləri cari ilin may ayından tez keçirilməyəcək. Bunlar bir sıra işçi qruplarının iclasları olacaq. Nəticədə bu il nazirliklərarası görüşlər və ya hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu məsələ müvafiq nazirliklər və idarələr tərəfindən müəyyən olunacaq.
- Roman Mixayloviç, Ukraynanın şərqindəki münaqişə Azərbaycanla ticarət dövriyyəsinin həcminə təsir edib?
- Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin pik həcmi təxminən $1,6 mlrd. səviyyəsində olub. Ötən il bu rəqəm $500-600 mln.-a qədər azalıb. Əlbəttə ki, münaqişə təsir göstərib. O cümlədən də həm şərqdəki obyektiv vəziyyət, həm də bütövlükdə ölkədə iqtisadi vəziyyət təsir göstərib. Ölkələr arasında ticarət dövriyyəsinin əsas hissəsi metallurgiya və kənd təsərrüfatı sahələrinin payına düşür. Düşünürəm ki, əgər səyləri düzgün yönəltsək, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə arta və əvvəlki pik həddi ötə bilər.
- Hansı sahələr hesabına?
- Energetika, hərbi sənaye kompleksi və aqrar sənaye kompleksi hesabına ölkələr arasında iqtisadi əlaqələri bərpa etmək mümkündür. Bundan başqa, biz tikinti sahəsində də əməkdaşlıq qura bilərik. Biz Azərbaycanda çoxsaylı tikinti işlərinin aparılmasını müşahidə edirik.
- Separatçılıq problemi ilə üzləşən Azərbaycan, Gürcüstan və Moldovanın bir zamanlar BMT çərçivəsində təşəbbüs etdikləri GUAM məkanında uzanan münaqişələrə dair qətnamə layihəsinin bu yaxınlardan etibarən Ukraynaya da birbaşa aidiyyəti var...
- Bu sənəd barədə qismən məlumatlıyam. Parlamentarilər səviyyəsində dərin ünsiyyət zamanı bu məsələni cavablandıra bilərik. Cari səfər zamanı münasibətləri bərpa etməyə cəhd göstərdik. Qeyd etdiyim kimi, bizdə parlament bu yaxınlarda formalaşıb. Faktiki olaraq parlamentin üçdə iki hissəsi yenilənib. Bir çox yeni insan, yeni yanaşmalar var. Düşünürəm ki, bu il həm ikitərəfli münasibətlər, həm də GUAM, QDİƏT, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində real görüşlər və bir sıra rəylərdən sonra lazım olan nəticələri əldə edə bilərik.
Şəxsən mən birmənalı olaraq nəinki GUAM-a daxil olan, həm də digər ölkələrin ərazisi və suverenliyinin beynəlxalq münasibətlərin özəyi və əsasını təşkil etməsinin tərəfdarı olacağam. İstənilən təcavüzkar məsuliyyət daşımalıdır.
- Ukraynanın ictimai-siyasi həyatında Azərbaycan diasporunun fəaliyyəti necə qiymətləndirilir?
- Ukraynadakı Azərbaycan diasporuna, müxtəlif qiymətləndirmələrə əsasən 300 nfərdən 500 nəfərədək etnik azərbaycanlı daxildir. Diasporun ən çox nümayəndəsi - təxminən 60 min nəfər Xarkovda, 30 min nəfər isə Dnepropetrovskadıdır. Bundan başqa, çoxlu sayda diaspor təşkilatı fəaliyyət göstərir.
Həmçinin bu yaxınlarda Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun açılışını da qeyd etmək lazımdır. Altı ay əvvəl onun fəaliyyətə başlaması ilə iş güclənib. Bu fəaliyyət davam edəcək və artacaq. Azərbaycan diasporunun Ukrayna cəmiyyətinə kifayət qədər inteqrasiya olması çox yaxşıdır. O, təcrid olunmayıb. Misal üçün, dünyanın bir çox şəhərində etnik məhəllələr var ki, burada insanlar cəmiyyətə çıxmadan və yaşadıqları dövlətin dilində danışmadan ayrıca həyat sürürlər.
- KİV-in məlumatına əsasən, Ukrayna prezidenti və baş naziri “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə dəvət olunublar. Ukrayna liderlərinin Bakıda keçiriləcək bu idman tədbirinə qatılıb-qatılmayacağı barədə məlumatınız varmı?
- Mənə məlumdur ki, Olimpiya Komitəsi prezidenti dəvət edib. Düşünürəm ki, baş nazir də dəvət olunub. Ümid edirəm və demək olar ki, əminəm ki, onlar gələcəklər. Birmənalı olaraq gəlmək istəyi və marağı var. Lakin ölkə daxilində qeyri-sabit vəziyyətə görə tam əminlik yoxdur.
- Roman Mixayloviç, Minsk razılaşmalarının icrasına dair nə deyə bilərsiniz?
- Mən fəaliyyətimdə hərbi vəziyyəti şərh etməməyə çalışıram. Bu, Ali Baş Komandan kimi ölkə prezidentinin və Milli
Təhlükəsizlik və Müdafiə Şurasının katibinin səlahiyyətində olan məsələdir. Buna görə də onların şərhlərinə əsaslanmaq daha düzgündür.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət