Bu günlərdə Misirin Qahirə şəhərində yerləşən Eyn əş Şəms Universitetində “Müstəqillik dövrü Azərbaycan hekayələrində Qarabağ probleminin təcəssümü (1991-2010)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzindən məlumat verilib.
Universitetin Türk dili və ədəbiyyatı bölməsinin doktorantı Ayişə Əbdülvahidin müdafiəyə təqdim etdiyi dissertasiya işində müstəqillik dövründə Dağlıq Qarabağ probleminə həsr olunmuş 50-dən artıq hekayə tədqiqata cəlb olunub.
İki hissə və altı fəsildən, 300 səhifədən ibarət olan dissertasiyada Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadi və kulturoloji konteksdə canlandırılmış, bəhs olunan dövrdə bu mövzuya həsr edilmiş hekayələrideya-məzmun, problematika və bədii sənətkarlıq baxımından araşdırılıb.
Bunların içərisində Qılman İlkin, Elçin Əfəndiyev, Nüşabə Məmmədli, Ağarəhim Rəhimov, Aydın Tağıyev, Vaqif Sultanlı, Elçin Hüseynbəyli, Əlabbas, Aygün Həsənoğlu, Kamil Əfsəroğlu, Mahirə Abdulla, Eyvaz Zeynalov, Kamran Nəzirli, Sevinc Nuruqızı və başqalarının hekayələri xüsusi yer tutur.
Tədqiqat işi Misirdə Qarabağ probleminə həsr olunmuş ilk dissertasiya kimi diqqəti çəkir.
Doktorantın elmi rəhbəri Eyn əş Şəms Universitetinin professoru Azza İssavi və Dr. Əhməd Sami Elaydidir.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət