Telam - Argentina Milli Xəbərlər Agentliyi əməkdaşının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri və səfərdən sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqalə yerləşdirməsi ilə əlaqədar rəsmi Bakıdan üzr istəyib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
18-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında Telam - Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta (Carpineta) da olub .
Məsələ ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyi Telam agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda "arzuolunmaz şəxslərin siyahısı"na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Səfirlik tərəfindən Telam agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olunub.
Bundan dərhal sonra həmin məqalə Telam agentliyinin rəsmi səhifəsindən çıxarılıb. Agentliyin rəhbərliyi tərəfindən Azərbaycan səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərilib.
Məktubda agentliyin rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi, Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal olunması fikri aydın şəkildə əks olunmayıb.
Qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb. Telam rəhbərliyi bu kimi anlaşılmazlıqların gələcəkdə təkrarlanmaması üçün müvafiq iş aparılacağını bildirib. Məktubun sonunda Argentina Milli Xəbərlər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət