Son illər dünyada və Misirdə baş verən hadisələr bu ölkə ilə Azərbaycan arasında mal dövriyyəsinin $1 mlrd. manat azalmasına səbəb olub. Bu barədə Misirin Bakıdakı müvəqqəti işlər vəkili Heysam Cəlal söyləyib.
“2010-cu ildə Azərbaycan və Misir arasında mal dövriyyəsi $1,5 mlrd. təşkil edirdi. Son dörd ildə dünyada və Misirdə baş verən hadisələr, ölkələrimiz arasında mal dövriyyəsinin həcminə mənfi təsir göstərib”, - deyə H.Cəlal “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
“Hazırda Azərbaycan və Misir arasında mal dövriyyəsinin həcmi $500 mln.-a yaxındır”,- deyə o əlavə edib. Onun sözlərinə görə, bu vəziyyətdən çıxmaq üçün Bakı və Qahirə ticari-iqtisadi münasibətləri möhkəmləndirməyə çalışır.
“Bu ilin sonuncu rübündə Misirdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyasının iclası keçiriləcək”,- deyə H.Cəlal qeyd edib.
Diplomat bildirib ki, iclas zamanı iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq və qarşılıqlı investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunacaq.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət