Qahirə Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu barədə Misirin xarici işlər naziri Sameh Şükri bəyan edib.
“Misir Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır. Hökumətlərarası birgə komissiyanın noyabrda keçirilməsi planlaşdırılan iclasının bu xüsusda mühüm əhəmiyyət kəsb edir”, - deyə XİN Azərbaycanın arici işlər naziri Elmar Məmmədyarovla görüşdən Sameh Şükrinin sözlərindən sitat gətirir.
S.Şükri Misirdə Süveyş kanalının inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirildiyini bildirərək, Azərbaycanı da bu istiqamətdə yaradılan logistika imkanlarından faydalanmağa çağırdı.
S.Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipal xarakter daşıdığını və bu məsələdə beynəlxalq legitimlik və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirdi. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğuladı.
E.Məmmədyarov noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdi.
Nazir Azərbaycan və Misir arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf etdiyini qeyd etdi. Həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, iqtisadi gündəliyin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
E.Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Nazir Misirin ərəb və İslam dünyasında mühüm rola malik olduğunu bildirərək, birgə səylərlə İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğuladı.
Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına məlumat verdi.
E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı.
O əlavə etdi ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır.
Nazir həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirdi və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğuladı.
E.Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini bildirdi.
Görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə etdilər, bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğuladılar. **
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət