Ölkədə müstəqilliyin ilk illəri ilə müqayisədə insan hüquqları ilə bağlı vəziyyət keyfiyyət baxımından yaxşı mənada dəyişib. Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə hesab edir.
“24 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanda hüquqi dövlət qurulub. Əvvəllər demokratikləşmə, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahələrində bizə iradlar tutulurdu. Baxın, 20 il, 10 il əvvəl bu sahələrdə vəziyyət necə idi, indi necədir”, - deyə Ə.Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun müddətdir müxtəlif istiqamətlərdə, o cümlədən terrorizmə, insan alverinə qarşı mübarizədə cəmiyyətin demokratikləşməsi, tolerantlıqla bağlı səmərəli əməkdaşlıq edir.
“Hesab edirik ki, bu əməkdaşlıq yüksək səviyyədədir”, - deyə Ə.Həsənov vurğulayıb.
Baş nazirin müavini xüsusi olaraq deyib ki, Azərbaycan müstəqilliyinin böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizəyə həsr edib.
“Ölkəmiz müharibə şəraitindədir, Azərbaycanın ərazilərinin 20%-i işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf yolundadır, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə əməkdaşlıq edir”, - deyə o qeyd edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət