Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iddia edir ki, Ermənistan İrəvandan idarə olunmur.
“Bu gün Ermənistan 4 yerdən idarə olunur - Ermənistanın separatçı rejimi (Dağlıq Qarabağın - İF-Az), Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və Rusiya siyasətçiləri tərəfindən. Ona görə də bu, (Qarabağ münaqişəsi -İF-Az) artıq yalnız Ermənistanla Azərbaycanın deyil, bütün dünyanın problemidir”, - deyə Ə.Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşündə bildirib.
“Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında bu problemi həll etsin. Bu, çox səhv fikirdir və mümkün deyil. Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini “qəhrəman” kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər (Azərbaycanla - İF-Az)”, - deyə o əlavə edib.
Ə.Həsənov, həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT və digər beynəlxalq təşkilatları hər zaman tənqid edir.
“Lakin sizi tənqid edərkən həm də bilirəm ki, bu münaqişənin nizamlanması məsələsi sizdən asılı deyil”, - deyə baş nazirin müavini vurğulayıb.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan münaqişənin həllini istəyir, müharibənin baş verməsini yox.
“Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməyə imkan verir. Əgər heç kim hec nə etmirsə (problemin sülh yolu ilə həlli üçün - İF-Az), Azərbaycan bu hüququndan da istifadə edə bilər”, - deyə baş nazirin müavini vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət