ABŞ-ın Vaşinqton ştatının Senatı plenar iclasda Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar Partiyasını təmsil edən müxtəlif senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə kimi səciyyələndiriblər. O cümlədən vurğulanıb ki, Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Sənəddə deyilir ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində sıx əməkdaşlıq edirlər. Böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalır.
Qətnamədə vurğulanır ki, Azərbaycan suverenliyini və müstəqilliyini möhkəmləndirib, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan Vaşinqton ştatında yerləşən “Boeing” və “Microsoft” kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək, çoxmilyardlıq müqavilələr imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub.
Sonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi qeyd olunaraq bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.
Bu, Vaşinqtonun qanunvericilik orqanı tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət