Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi ermənilərin 200 il ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin bir hissəsidir. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib.
“Ermənilər yüz illər boyu terrorçuluq və quldurluq metodları ilə digər xalqların və dövlətlərin tarixini, mədəniyyətini mənimsəməklə məşğul olublar”,- deyə A.Mustafayeva AMEA və İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunmuş “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ermənilər müxtəlif böyük dövlətlərin və xalqların vassalları olaraq başqalarına məxsus hər şeyi məqsədyönlü şəkildə mənimsəmək planlarını həyata keçiriblər.
“Onlar öz çirkin məqsədlərinə çatmaq üçün hiyləgərliyə əl atır, rusları və digər xalqları sadiq olmalarına inandırırdılar”,- deyə A.Mustafayeva bildirib.
“Bizim əlimizdə olan faktlar erməni siyasətçiləri və tarixçilərinin tarixi saxtalaşdırması cəhdləri ilə mübarizə aparmağa imkan verir. Ermənilər Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə mədəni və tarixi abidələri məhv ediblər. Məhz “İslam dövləti” terror qruplaşması da 2000-2500 illik tarixə malik dəyərli abidələri məhv etməklə analoji hərəkət edirlər”, - deyə A.Mustafayeva qeyd edib.
Tədbirdə çıxış edən Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç bildirib ki, heç bir erməni soyqırımı hadisəsi olmayıb.
“XX əsrin əvvəllərində bütün Avropa Birinci Dünya müharibəsi ilə üzləşmişdi, bu müharibədə 17 mln. insan məhv olub. Onlardan 5 mln.-u Türkiyədə həlak olanlardır. Buna görə 1915-ci ildə uydurma erməni soyqırımının törədilməsi barədə bəyanat vermək olmaz. Çoxsaylı insan tələfatı ilə nəticələnən müharibə gedirdi, müxtəlif millətlərin nümayəndələri həlak olurdular, bunu soyqırımı adlandırmaq düzgün deyil”, - deyə o bildirib.
A.Kılıç qeyd edib ki, Türkiyə XX əsrin əvvəllərində baş verən hadisələrə dair sənədlərin öyrənilməsi üçün arxivləri açmağa hazırdır.
Tədbirdə Azərbaycan ombudsmanı Elmira Süleymanov, Moldova ombudsmanı Aureliya Qriqoriu, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzininprezidenti Quram Marxuliya çıxış edərək dünya ermənilərinin yürütdükləri işğalçı və saxtakarlıq siyasətini qınayıblar.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət