2015-ci ilin mart ayında Azərbaycanda inflyasiya fevral ayı ilə müqayisədə 0,9% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2015-ci ilin mart ayında ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.
Keçən ay buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kökün, çuğundurun, soğanın, sarımsağın, kartofun, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində artım qeydə alınıb.
Martda toyuq ətinin, yumurtanın, göyərtinin qiymətlərində ucuzlaşma olub.
Mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri artıb.
Hesabat ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.
2014-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət