“SOCAR-Polimer” şirkəti və “Maire Tecnimont S.p.A” (İtaliya) arasında Azərbaycanda polipropilen zavodunun layihələndirilməsi və tikintisi (Engineering, Procurement and Construction, EPC) haqqında müqavilə imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, müqavilə çərşənbə günü Bakıda imzalanıb.
Zavod Sumqayıt Kimya Parkının ərazisində tikiləcək.
Zavodun tikinti işlərini İtaliyanın “Tecnimont SpA” və “Kinetics Technology S.p.A (KT)” şirkətləri ( “Maire Tecnimont S.p.A” şirkətlər qrupuna daxildirlər) aparacaq.
Müqavilənin ümumi dəyəri 350 mln. avroya yaxındır.
Zavodun illik gücü təxminən 180 min ton propilen təşkil edəcək. Bu, Azərbaycanda polipropilen buraxılışı üzrə ilk zavod olacaq. Müəssisədə naftanın krekinqi nəricəsində alınan propilen xammal kimi istifadə olunacaq.
“Maire Tecnimont S.p.A” şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyaların hazırlanması, lisenziyalaşdırma, energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin yaradılması, o cümlədən energetika və infrastruktur layihələrində dünyanın aparıcı şirkətdir.
Şirkətlər qrupu Milan Fond Birjasında reyestrə daxil edilib, 30-dan artıq ölkədə nümayəndəliyə malikdir, 45-dən artıq şirkətə nəzarət edir, ştatı isə təxminən 4500 nəfərdən ibarətdir.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib, nizamnamə kapitalı $100 mln.-a bərabərdir. Müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i yerli şirkətlərə məxsusdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət