Azərbaycan qeyri-neft sektorunun inkişafında İtaliya şirkətlərinin investisiyalarına maraq göstərir. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü Bakıda Azərbaycan-İtaliya biznes forumunda çıxış edərkən bildirib.
“Azərbaycanın qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet təşkil edir. Biz bu sektora İtaliya şirkətlərinin investisiya qoymasında maraqlıyıq”,- deyə Ş. Mustafayev bildirib.
Onun sözlərinə görə, İtaliya son 7 il ərzində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2014-cü ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi $5 mlrd.-ı üstələyib.
“Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Onların ölkə iqtisadiyyatına investisiyalarının ümumi həcmi $482 mln. təşkil edib. Bu məbləğin $374 mln.-u Azərbaycanın neft sektoruna, $108 mln.-u qeyri-neft sektoruna qoyulub”, - deyə o qeyd edib.
Ş.Mustafayev bildirib ki, İtaliya şirkətləri Azərbaycanda yol tikintisi, layihələndirilməsi və s. layihələrdə podratçı qismində iştirak edirlər ki, bu layihələrin də ümumi dəyəri $810 mln. təşkil edir.
Nazir söyləyib ki, iki ölkə arasında iqtisadiyyat, xüsusilə də energetika sahəsində əməkdaşlıq qurulub və bu əməkdaşlığın genişləndirilməsi üçün potensial var.
“Biz hesab edirik ki, energetika sahəsində ikitərəfli əməkdaşlıq davam etdirilməlidir və İtaliyanın “Cənub qaz dəhlizi”, Trans-Adriatik qaz kəmərinin tikintisi (TAP) layihələrində fəal iştirak etməsini istəyirik. Azərbaycanda, həmçinin sənayenin inkişafı üçün geniş imkanlar açılır, sənaye parkları yaradılır və İtaliya şirkətləri burada investor kimi iştirak edə bilərlər”,- deyə nazir əlavə edib.
Onun sözlərinə görə, yüngül sənaye, xüsusən tekstil sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var.
“Mingəçevirdə Tekstil Sənaye Parkı yaradılacaq və biz hesab edirik ki, bu istiqamətdə əməkdaşlıq imkanı var. Ümumilikdə ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı bünövrə qoyulub və onun genişləndirilməsiüçünimkanlar mövcuddur”, - deyə nazir vurğulayıb.
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, öz növbəsində deyib ki, İtaliya şirkətləri kənd təsərrüfatı sahəsinin inkişafında maraqlıdır, kiçik və orta müəssisələr vasitəsi ilə bu sahədə əməkdaşlıq etmək olar.
Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanda bank, səhiyyə, çirklənmiş ərazilərin təmizlənməsi sahəsində əməkdaşlığı inkişaf etdirə bilər.
"Biz Azərbaycanda həyata keçirilən layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün onları izləyirik. İtaliya şirkətləri Rusiya bazarlarında böyük zərərə uğradılar, bu səbədən də onlar regionda alternativ bazarlar axtarırlar. Bu, onların əsas məqsədidir və biz bu şirkətlərə həmin məsələnin uğurlu həllində dəstək göstərməliyik”, - deyə nazir bildirib.
TAP qaz kəmərinin tikintisi layihəsinin həyata keçirilməsi məsələsinə toxunan F.Quidi qeyd edib ki, onun layihələndirilməsi ilə bağlı yekun qərar cari ilin may ayına qədər qəbul ediləcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət