Türkdilli Ölkələrin Parlament Assambleyasının 6-cı plenar sessiyası 2015-ci ilin payızında Qazaxıstanda keçiriləcək. Bu barədə TürkPA-nın baş katibi Jandos Asanov çərşənbə günü brifinqdə məlumat verib.
“Tədbirin gündəliyinə dövlətlərimiz arasında əlaqələrin, o cümlədən informasiya mübadiləsi və iqtisadiyyatların yaxınlaşdırılması sahəsində əməkdaşlıq məsələləri daxil edilib”,- deyə J. Asanov bildirib.
Onun sözlərinə görə, TürkPA Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan arasında nəqliyyat, infrastruktur, energetika, turizm və bir çox başqa sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir.
“Bizim ölkələrimizin parlamentləri yaxın zamanlarda ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli istifadəsi sahələrində qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də alternativ enerji mənbələrinin tətbiqi məsələsinə xüsusi diqqət ayırmağa hazırlaşırlar”,- deyə J.Asanov bildirib.
O, nəqliyyat infrastrukturunun inkişafını türk dövlətləri arasında əməkdaşlığın əsas tərkib hissəsi adlandırıb.
“Bizim ölkələrimizin ərazisindən gələcəkdə Atlantik və Sakit okenalarını birləşdirəcək qlobal dəmir yolu layihəsinin bir hissəsi keçəcək”,- deyə o əlavə edib.
Türkdilli ölkələr arasında informasiya mübadiləsi ilə bağlı məsələyə toxunan baş katib peşəkar tərcüməçilərin çatışmazlığından şikayət edib.
“TürkPA ölkələri arasında informasiya mübadiləsinin genişləndirilməsi üçün tərcüməçilər və lüğətlər lazımdır”,- deyə J.Asanov bildirib.
Baş katib jurnalistlərin suallarını cavablandırarkən Türkmənistan və Özbəkistanın da bu təşkilata üzv olacaqlarına ümid etdiyini deyib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət