Azərbaycan İslam Partiyasının idarə heyəti 1915-ci ildə Osmanlı Türkiyəsində qondarma "erməni soyqırımı"nın Roma Papası Fransisk tərəfindən tanınmasına etiraz olaraq bəyanatla çıxış edib.
"Roma Papası Fransisk uydurma "erməni soyqırımı"nın 100-cü ildönümü tədbirində etdiyi çıxışda Birinci Dünya müharibəsi illərində baş verən hadisələri XX əsrin ilk soyqırımı kimi qiymətləndirərək ermənipərəstliyini, xristian təəssübkeşliyini, müsəlmanlara, İslama qarşı ambisiyalarını gizlədə bilməyib”, - deyə çərşənbə günü partiyanın iadər heyətinin iclasında qəbul edilən bəyanatın mətnində deyilir.
Partiyanın üzvləri qeyd edirlər ki, "erməni soyqırımı"nın Papa Fransisk tərəfindən tanınması ona beynəlxalq aləm qarşısında başucalığı gətirmir.
“Qeyri-ciddi, qeyri-humanist və qeyri-sabit mövqe papalıq tarixində güclü tənəzzülün başlanmasından xəbər verir. Tarixi hadisələrin dəqiq araşdırılmadan siyasi qiymətləndirilməsi, eyni zamanda, ikili mövqeyin sübutudur. Amma XX əsrin tarixində görünən odur ki, əsl soyqırım ötən əsrin əvvəllərində erməni-bolşevik dəstələri tərəfindən bütün Azərbaycan ərazisində, əsrin sonlarında isə Qarabağda, Xocalıda törədilib. İki qarşı cəbhə arasında deyil, silahlı ermənilərin əliyalın azərbaycanlılara - xocalılara hücumu kütləvi qətliam idi", - deyə bəyanatda vurğulanır.
AİP funksionerləri Roma Papasının bu yanlışlığını kəskin pisləməklə, müsəlman dünyasını, sülhsevər və həqiqətpərəst bəşəriyyəti Fransiski qınamağa, Papanın özünü isə islamafobiyadan kənarlaşaraq, İslam dininə çirkab atmamağa çağırıblar.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət