Onun sözlərinə görə, döyüşlər şəhərin bu statusu alması üçün mühüm meyarlardan biridir.Böyük Vətən müharibəsi veteranı, general-polkovnik Tofiq Ağahüseynov Azərbaycanın müharibədə qələbəyə böyük töhfə verdiyini bəyan edib.
“Bu gün Bakıya “Qəhrəman şəhər” statusunun verilməsinə dair danışıqlar aparılır. Bakı qələbə üçün çox şey edib, lakin burada döyüşlər getmədiyinə görə qəhrəman şəhər adını almayıb”, - deyə T.Ağahüseynov cümə axşamı “İnterfaks-Azərbaycan” agentlyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
“Bu gün müharibənin nəticələrinə təkrar baxılması ilə bağlı informasiya müharibəsi aparılır. Müharibədə Amerikanın, İngiltərənin qələbə qazandığı söylənilir. Lakin heç bir maddi yardım və vəsait qoyuluşları qələbə naminə qurban verilən insan həyatını əvəz edə bilməz”, - deyə veteran bəyan edib.
T.Ağahüseynov qeyd edib ki, Azərbaycan yeganə respublika olub ki, dörd milli diviziya yaradıb və “onlar Berlinə qədər çatıblar, beləliklə Azərbaycanın töhfəsi böyükdür və heç də az itki verməyib”.
“Bu (9 may - İF-Az), bizim üçün eyni anda həm ağır, həm də xoş tarixdir”, - deyə o vurğulayıb.
Böyük Vətən müharibəsinin azərbaycanlı veteranları hesab edirlər ki, Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi parlamentin iclasında qəbul oluna bilər.
Müharibə veteranlarının Moskvada keçirilən növbəti iclası zamanı bu məsələni qaldırdıq. Və Azərbaycana, SSRİ-nin süqutunu nəzərə alaraq suveren dövlət kimi milli parlamentin iclasında buna dair qərar qəbul etməyi məsləhət görüblər. Beləliklə, Bakı özü özünə bu statusu verə bilər”, - deyə Respublika Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev mətbuat konfransında bildirib.
Şura sədri qeyd edib ki, bu gün Azərbaycan rəhbərliyi veteranlar üçün çox işlər görür. “Azərbaycanın müstəqilliyinin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə 9 mayı bayram kimi qeyd etmirdilər, heç kəs bunu xatrılamırdı. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət kökündən dəyişdi”, - deyə D.Rzayev bildirib.
O xatırladıb ki, H.Əliyev fərmanı ilə Böyük Vətən müharibəsi veteranlarının hüququnu və 9 may bayramının qeyd olunmasını bərpa edib. “Bu 28 iyun 1994-cü ildə baş verdi. Və bu günü biz özümüz üçün Veteranlar Günü hesab edirik”, - deyə veteran təşkilatının sədri qeyd edib.
Şura sədri təşkilatın fəaliyyətindən söz açaraq deyib ki, qələbənin 70 illiyinə həsr olunan tədbirlər nəinki Bakıda, həm də bütün respublika üzrə qeyd olunur. “Biz respublikanın regionlarında yaşayan veteranlara tez-tez baş çəkirik. Xüsusilə Yevlax rayonunda olmuşuq, orada 114 yaşı tamam olan veteranımıza baş çəkmişik”, - deyə D.Rzayev bildirib.
Leninqrad blokadasının iştirakçısı olmuş İrina Qədimova isə mətbuat konfransında çıxışında qeyd edib ki, Azərbaycanda bu kateqoriyadan olan cəmi 9 nəfər qalıb. “Bizim sayımız azdır, lakin bizə qayğı göstərirlər. Biz heç zaman Leninqradı unutmayacağıq, Azərbaycan isə ikinci Vətənimizdir”, - deyə o əlavə edib.
Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, cəmiyyət bir sıra ölkələrdə faşizm üzərində qələbənin nəticələrinə təkrar baxılması cəhdləri ilə bağlı hadisələrə daha diqqətlə yanaşmalıdır. “Xüsusilə bu gün ermənilər müharibə zamanı satqın olan şəxsləri qəhrəman kimi təqdim edir, onlara abidə ucaldırlar. Bununla əlaqədar bu yaxınlarda veteranlar adından Rusiya rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə faşizmin və onun əlaltılarının qəhrəmanlaşdırılmasının yolverilməz olmasının vacibliyi vurğulanıb”, - deyə o bildirib.
Öz növbəsində “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov Respublika Veteranlar Şurasının veteranların rifahı naminə böyük işlər həyata keçirdiyini söyləyib və Qələbənin qarşıdan gələn 70 illiyi münasibətilə veteranları təbrik edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət