Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) külək enerjisi sahəsində təxminən 450 mln. manat dəyərində yeni layihə reallaşdırmağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə ABEMDA-nın sədri
Akim Bədəlov məlumat verib.
“Söhbət “Neft Daşları” yatağında külək stansiyalarının tikintisindən gedir. Biz dənizin 1-2 metr dərinliyində estakadalar inşa etməyi və həmin estakadalarla birləşdirilən platformalarda külək elektrik stansiyaları inşa etməyi təklif edirik”, - deyə A.Bədəlov bildirib.
Onun sözlərinə görə, bu məsələnin öyərnilməsi məqsədilə işçi qrupu yaradaılıb, bütün müvafiq dövlət strukturları ilə danışıqlar aparılıb.
“Layihə təxminən 450 mln. manat həcmində qiymətləndirilir, lakin biz detalların dəqiqləşdirilməsi zamanı bu rəqəmi azaltmağa çalışacağıq”, - deyə o qeyd edib.
Layihənin üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə külək stansiyalarının tikintisi, ikinci mərhələdə platformalarla birləşdirmək üçün estakadaların tikintisi, üçüncü mərhələdə isə enerji paylama şəbəkəsinin tikintisi nəzərdə tutulur.
“Layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır və yaxın vaxtlarda təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Həmçinin Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri ilə də bu layihənin reallaşdırılması məsələsinə dair danışıqlar aparılıb”, - deyə A.Bədəlov məlumat verib.
Onun sözlərinə görə, layihə üzrə xərclərin ödənilmə müddəti 10 il təşkil edəcək. Layihənin maliyyələşdirilməsi ixrac kreditləri və xarici şirkətlərin vəsaitləri hesabına həyata keçiriləcək.
“İşlərin (o cümlədən layihə işlərinin) reallaşmasına 2,5-3 il lazım olacaq. Biz 2016-cı ildə layihələndirmə işlərini, 2017-ci il - 2018-ci ilin ortalarında isə layihə üzrə işləri tam başa çatdırmağı nəzərdə tuturuq”, - deyə A.Bədəlov vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət