Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktının “dondurulmuş” münaqişəyə çevrilməsində əsas məsuliyyət beynəlxalq təşkilatların üzərinə düşür. Bu barədə Milli Məclisin deputatı Asim Mollazadə Los Ancelesdə keçirilən elmi konfransda bəyan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, konfransın işində amerikalı və beynəlxalq ekspertlər, diplomatlar və ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub.
Qarabağ panelində çıxış edən A.Mollazadə qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir. Bununla belə, o vurğulayıb ki, bu durumdan sadəcə, azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevriliblər.
Deputat bəyan edib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır. “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli qeyri-mümkündür”, - deyə A.Mollazadə bildirib.
Öz növbəsində Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koyl çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək qrup tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu söyləyib. C.Koyl ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq, özünü doğrultmadığını vurğulayaraq, bu qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət