2015-ci ilin I rübündə Şəki rayonunun istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi 4 mln. 993 min manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 58% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında qeyd edib ki, hesabat dövründə rayonda faktiki qiymətlərlə 57 mln. 393 min manatlıq məhsul istehsal olunub.
Birinci rübdə rayonda 270 yeni iş yeri açılıb.
Bundan başqa, hesabat dövründə 522 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı verilib və rayonda yardım alan ailələrin ümumi sayı 2,042 minə çatıb.
E.Usubovun sözlərinə görə, Şəkidə 130 hektar sahədə aqroparkın yaradılması istiqamətində işə başlanılıb. Əsas məqsəd Şəkidə kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan meyvəçiliyi inkişaf etdirmək, eyni zamanda, tərəvəz istehsalını genişləndirməkdir. Hazırda meyvə bağlarının salınması istiqamətində iş aparılır. Aqroparkın ərazisində istixana təsərrüfatının yaradılması nəzərdə tutulur.
Həmçinin Şəkidə hind toyuğu əti və məhsullarının istehsalı ilə bağlı yeni layihə də həyata keçirilir.
İ.Əhmədov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət