“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta çərçivəsində 10,404 min manat məbləğində ödəniş həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.
“Neft hasilatı ilə məşğul olan müəssisənin əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub. Nəticədə “PAŞA Həyat Sığorta" həlak olan şəxsin ailəsinə 10,404 min manat ödəyib”, - deyə məlumatda qeyd edilir.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Xəbər verildiyi kimi, Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti fəaliyyət göstərir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.
"PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə 3 aparıcı sığorta şirkətindən biridir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.
2014-cü ildə şirkətin sığorta haqları 14 mln. 34,471 min manat, ödənişləri 1 mln. 511,16 min manat təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Accessbank «Yaşıl dünya naminə həmrəylik ili» çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
NEQSOL Holding “Parla” təqaüd proqramı üçün xaricdə təhsil üzrə master-klas keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət