İyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində zamanla Qərb mətbuatında Azərbaycan əleyhinə yer alan məqalələr respublikanın beynəlxalq nüfuzuna xələl gətirə bilməz. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bəyan edib.
“Həmin şəxslər, Azərbaycanın düşmənləri arzu olunan nəticəni əldə edə bilmirlər. Nə istəyirlər yazsınlar. Biz müstəqil siyasət yürüdən müstəqil dövlətik və heç kimdən qorxmuruq”, - deyə F.Axundov 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfransın kuluarlarında jurnalistlərə bəyan edib.
Sektor müdiri xatırladıb ki, üç il öncə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də bir sıra Qərb KİV-də bu cür tənqid olunurdu. Lakin bu, respublikada gördüklərindən məmnun qalan əcnəbi qonaqların rəyinə təsir etməyib. Onlar indiyədək bunu sevinclə xatırlayırlar. F.Axundov əmin olduğunu bildirib ki, keçiriləcək Avropa Oyunları qonaqlarda nəinki müsbət rəy yaradacaq, həm də respublikanı dünyada daha da məşhur edəcək. “2011-ci ildə Azərbaycan “Eurovision”un finalında qələbə qazanarkən bütün dünyada 700 mln. internet istifadəçisi bizim ölkəmiz barədə məlumatla maraqlanıb. Əminəm ki, Avropa Oyunları ərəfəsində Azərbaycanla maraqlanan şəxslərin sayı təxminən 1 mlrd. olacaq. Bu, öz-özlüyündə bədxahlarımızın cəhdlərini sıfıra endirir”, - deyə o qeyd edib.
F.Axundovun fikrincə, Azərbaycan müxtəlif beynəlxalq təşkilatların respublikada insan haqları ilə bağlı vəziyyətin qeyri-qənaətbəxş olmasına dair iddialarına eyni cür yanaşır. “Onlar bizim köhnə dostlarımızdır. Biz alışmışıq. Onların işi Azərbaycanı tənqid etməkdən ibarətdir. Təbii ki, biz konstruktiv tənqidə diqqət yetiririk. Bu tənqidin məqsədinin Azərbaycanın nüfuzuna zərbə endirmək olması isə başqa məsələdir”, - deyə o bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət