Masallı rayonunun baytarları iri və xırdabuynuzlu mal-qara, eləcə də ev quşları arasında yayılmış nodulyar dermatit virusuna qalib gəliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Bu xəstəliyin profilaktikası məqsədi ilə rayonda qaramal və ev quşları yenidən peyvənd edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu məqsədlə Masallı Rayon Baytarlıq İdarəsini lazım olan vaksin və preparatlarla təmin edib.
Bütün rayon üzrə peyvəndləmə işləri aparılır.
Masallı Rayon Baytarlıq Xidmətinin rəis müavini Dədəmir Təhməzovun sözlərinə görə, peyvəndləmə işləri təsdiq edilmiş plana əsasən aparılır.
“Bizə verilmiş preparatlar baytarlıq məntəqələrinə paylanılıb. Peyvəndləmə ev heyvanlarının yenidən bu virusa yoluxmasının qarşısını almaq üçün aparılır”,- deyə D.Təhməzov bildirib.
Masallı rayonunda 73 min iri, 80 mindən çox xırdabuynuzlu mal-qara qeydə alınıb.
G. Qənbərova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət