Milli Məclisin vitse-spikeri Bahar Muradova dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə təşkilatlarını gələcəkdə türk dünyasına qarşı yönələn təhdidlərə qarşı durmaq məqsədilə birləşməyə çağırıb.
““Dünya dövlətlərinin bir neçə ildən sonra qondarma “erməni soyqırımı”nı tanımasına hazırıqmı?” sualına bu gün cavab vermək lazımdır”, - deyə B.Muradova hakim Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda bəyan edib. B.Muradova türk dünyasına ünvanlanan təzyiq və təhdidlərə qarşı durmaq məqsədilə gələcəkdə fəaliyyət planının müəyyən edilməsinin zəruriliyini qeyd edib.
“Qondarma “erməni soyqırımı” məsələsinə dair Türkiyəyə müraciət edən müxtəlif dövlətlərin indiki nümayəndələrinin əcdadları on illər öncə Osmanlı imperiyasına qarşı müharibəyə başlayıblar. Və, təbii ki, Türkiyənin Avropa ilə münasibətlərinin 300 illik tarixi bundan əziyyət çəkməkdə davam edən və vaxtaşırı Ankaradan qisas almağa cəhd göstərəcək bir çox Avropa ölkələrinin hafizəsindən silinməyib”, - deyə vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə, hazırkı dünya quruluşunda tutduqları mövqe ilə əlaqədar Azərbaycan və Türkiyə sakitləşməyə haqqı yoxdur.
“Qondarma “soyqırım”ın təbliğatının qarşısını almaq üçün bütün səylərimizə baxmayaraq, aydın şəkildə etiraf etmək lazımdır ki, bu proses kifayət qədər sürətli templərlə inkişaf edir. Dünya proseslərinə təzyiq rıçaqlarına malik olan dövlətlərin əksəriyyəti, o cümlədən bütün beynəlxalq təşkilatlar bu qərarı qəbul edəcəkləri halda nə edəcəyimiz barədə düşünməliyik. Bu qərarın qəbulu nəticədə hüquqi xarakterli addımların atılmasına səbəb olacaq”, - deyə B.Muradova vurğulayıb.
O, hadisələrin bu cür inkişafına hazırlığın zəruriliyini vurğulayıb. “Düşünürəm ki, yaxın günlərdə bu, (“erməni soyqımını”nın tanınması cəhdləri - İF-Az) heç bir hüquqi nəticələrə gətirib çıxarmayacaq. Hətta əgər biz bu gün özümüzü sakitləşdirərək, həmin qərarların tövsiyə xarakterli olduğunu və heç bir hüquqi qüvvəyə malik olmadığını və ya Türkiyəni diz çökdürə bilməyəcəyini söyləsək də, istənilən halda bu gün dünya səviyyəsində start götürən və türk, islam dünyasına qarşı növbəti qarayaxma kampaniyasına qarşı dura bilib-bilməyəcəyimizlə bağlı suala cavab verməliyik. Müstəqilliyimizi, suverenliyimizi, düzlüyümüzü qoruyub saxlaya və yalana qarşı çıxış edə biləcəyikmi?”, - deyə vitse-spiker qeyd edib.
B.Muradova gələcək addımların müəyyən edilməsi istiqamətində elmi, siyasi, tarixi, mədəni, humanitar, iqtisadi və hərbi aspektlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
“Bu gün çoxlu sayda Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin yaşadığı ölkələrin ictimai-siyasi həyatında təmsil olunan həmvətənlərimizi hətta barmaqla saymaq mümkün deyil. Ermənilərin Osmanlı Türkiyəsində etdikləri kimi, azərbaycanlıların müxtəlif ölkələrin ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunması üçün imkanlar axtarmağa cəhd edirikmi? Türkiyə ordusunda isə mövqeyindən istifadə edərək faciələr törətmiş erməni paşaların sayı nə qədər olub?”, - deyə o bildirib.
Milli Məclisin vitse-spikeri qeyd edib ki, bu gün azərbaycanlılar dünyanın aparıcı dövlətlərində yüksək siyasi, iqtisadi və ictimai təbəqələrdə çox zəif təmsil olunublar.
“Biz bu barədə ciddi düşünməliyik və daha qlobal, ciddi hədəflər müəyyən etməliyik, bunun üçün səyləri birləşdirmək lazımdır”, - deyə B.Muradova vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət