İyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının məşəli Naxçıvana gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Məşəl əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanından “Duzdağ” mədəninə, oradan da “Əshabi-kəhf” ziyarətgahına aparılıb.
Daha sonra birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilib.
Alov festivalının rəmzi qapısında “Bakı-2015” birinci Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanova məşəli Naxçıvan Muxtar Respublikası voleybol yığmasının üzvü Xanım Xudadanovaya verib. Buradan başlayaraq estafeti 11 naxçıvanlı məşəlçi davam etdirib. Ümumilikdə 4,1 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar muxtar respublikanın çoxsaylı sakinlərinin alqış sədalarının müşayiəti ilə Cəlil Məmmədquluzadə küçəsindən keçərək Heydər Əliyev prospekti ilə Naxçıvan şəhərinin mərkəzi meydanına çatıblar. Voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev məşəli meydanda qurulmuş möhtəşəm səhnəyə qaldırıb.
İdmançı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla birlikdə səhnədəki məşəli alovlandırıb və bununla da Naxçıvan şəhərində Alov festivalına start verilib. Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin ilk səyahətinə Azərbaycanın qədim yurdu olan Naxçıvandan başladığını qeyd edən A.Cabbarov bildirib ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır.
Nazir deyib ki, Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Olimpiya İdman kompleksləri, Üzgüçülük, Şahmat, Stend və Sportinq Atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb.
Onun sözlərinə görə, bu ilin iyununda qitədə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, milli mədəniyyətimizin dünyada nümayiş olunmasına şərait yaradacaq.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin naxçıvanlıları, o cümlədən muxtar respublika idmançılarını da çox sevindirdiyini bildirən nazir bu münasibətlə bütün idmançıları təbrik edib, onlara Avropa Oyunlarında uğurlar arzulayıb.
Sonra səhnəyə çıxan Şərur Xalq Yallı Ansamblının kollektivinin ifası festival iştirakçılarının böyük marağına səbəb olub.
Daha sonra Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət