Ukrayna Rusiya ilə münaqişədə təkbaşına bacarmayacaq. Ukraynanın sabiq prezidenti Leonid Kravçuk belə hesab edir.
“Ukrayna Rusiya kimi qonşuya qarşı dura bilməyəcək. Dəstəyin olması vacibdir”, - deyə L.Kravçuk çərşənbə günü Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Yeni dünya düzənində etimadın yaradılması” mövzusunda təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı bəyan edib.
Qərbin Ukraynaya kifayət qədər dəstək vermədiyini söyləyən eks-prezident deyib ki, “Ukraynada indiki münaqişəyə qədər də problemlər var idi, ölkənin şərqindəki silahlı qarşıdurma isə vəziyyəti daha da gərginləşdirdi”.
“Ukrayan indiyə qədər öz inkişaf yollarını axtarır. Biz Ukraynada milli maraqlarımıza cavab verə biləcək vahid əsas və ümummmili siyasət seçə bilmədik. Lakin indiki hakimiyyət ölkənin daxili və xarici inkişaf məsələlərini aydın şəkildə müəyyənləşdirib, ancaq yerlərdə dəstək yoxdur və mütəşəkkil iş aparılmır”, - deyə L.Kravçuk bildirib.
L.Kravçuk qeyd edib ki, Ukrayna Rusiyanın daimi təzyiqi altındadır.
“Rusiya bildirib ki, Ukrayna Rusiyanın siyasi maraqları sistemində olub, indi də var və bundan sonra da olacaq. Moskva bəyan edir ki, Ukrayna Rusiyanın münasibətlər sistemindıə olmalıdır”,- deyə L.Kravçuk bildirib..
Öz növbəsində Ukraynanın digər eks-prezidenti Leonid Kuçma hesab edir ki, münaqişənin sülh müstəvisində həlli yolları axtarılmalıdır.
“Beynəlxalq təşkilatçıların nə isə edə biləcəyinə heç kəs inanmır. Ukrayna Rusiya ilə müharibə etməyəcək, onun buna gücü çatmır. Buna görə də digər həll imkanları axtarmaq lazımdır”,- deyə L. Kuçma qeyd edib.
Eyni zamanda o deyib ki, Ukraynanın federallaşması bu dövlətin bütövlüyünün iflası deməkdir.
“Federal quruluş Ukraynanın dağılması deməkdir. Dünyada heç kim Ukraynanı qorumur. Əksinə, Rusiyaya yazıqları gəlir, çünki Rusiyanın ticarət itkiləri var. Biz Avropa İttifaqının səsini daha yüksəkdən eşitmək istəyirik. A.Merkel bildirib ki. Avropada sülh və sabitlik var. O, səhv edir. Avropa İttifaqında bu var, Avropada isə yoxdur, Ukraynada müharibə gedir”,- deyə L.Kuçma bildirib.
Ukraynanın daha bir sabiq prezidenti Viktor Yuşenko isə vurğulayıb ki, Rusiyanın indiki rəhbərliklə gələcəyi yoxdur.
“Putin və onun siyasəti barədə danışarkən yalnız bunu demək olar. O, Rusiya xalqına pis xidmət etdi. Rusiyanın belə rəhbərlik altında gələcəyi yoxdur”, - deyə V.Yuşenko vurğulayıb. O əlavə edib ki, Ukraynada və digər postsovet ölkələrində separatçılıq problemini məhz Rusiya yaradır.
“Problemi Rusiya yaradır, həm də yalnız Rusiya üçün deyil. 20 il ərzində biz Qarabağ, o cümlədən də Abxaziya, Osetiya, Dnestryanı barədə uzaq bir məfhum kimi düşünmüşük. Amma daha sonra Krım, Donbas problemləri yarandı. Yəni Rusiyanın sərhədlərində münaqişələr, problemlər var. Rusiya bütün dünya üçün problemlər yaradır - bunu başa düşmək lazımdır”,- deyə V.Yuşenko qeyd edib. O söyləyib ki, yaranmış problemin geosiyasi həlli tapılmalıdır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət