“Alfa Sığorta” şirkəti bəzi KİV-lərdə şirkətin bağlanmasına dair gedən xəbərləri təkzib edib.
“Bu yaxınlarda bəzi KİV-lərdə “Alfa Sığorta” ASC-nin bağlanmasına dair yayılmış fikirlər həqiqəti əks etdirmir. Şirkət ştat rejimində əhaliyə bütün növ sığorta xidmətləri göstərməklə fəaliyyətini davam etdirir”,- deyə şirkətin bəyanatında bildirilir.
Məlumatda qeyd edilir ki, şirkət öz strateji hədəflərinə uyğun olaraq əməliyyat proseslərinin təkmilləşdirilməsi və müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir. Bununla əlaqədar proseslərin avtomatlaşdırılması, habelə struktur və xərclərin optimallaşdırılması istiqamətində işlər görülür.
Bununla yanaşı, bildirilir ki, 2015-ci ilin I rübündə şirkət sığorta haqları yığımını ötən ilin I rübü ilə müqayisədə 25% artırıb.
“Alfa Sıgorta” şirkəti fəaliyyət göstərmək üçün lisenziyanı 1997-ci ildə alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Şirkətin nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. Şirkət 33 sığorta növü üzrə xidmət göstərir.
2015-ci ilin I rübündə “Alfa Sığorta” şirkəti 1 mln. 495,933 min manat sığorta haqqı toplayıb, ödənişləri 434 min manat təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət