ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə keçirdikləri görüşlərin yekunlarına dair bəyanatla çıxış ediblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik da iştirak edib.
Cümə axşamı ATƏT-in saytında dərc edilən məlumatda qeyd olunur ki, görüş zamanı nazirlər Azərabaycan və Ermənistan prezidentlərinin 24 və 25 aprel tarixlərində Bakı və İrəvanda Fransanın dövlət başçısı Fransua Olland ilə görüşü barədə vasitəçilərə məlumat veriblər.
“Nazirlərlə görüşlər zamanı Azərbaycan və Ermənistan prezindentləri arasında dialoq prosesinin intensivləşməsinin və dövlət başçılarının növbəti görüşünün bu il ərzində keçirilməsinin əhəmiyyətini vurğuladıq. Nazirlər həmsədrlərlə birgə görüşüb, dövlət başçılarının növbətigörüşünün gündəliyini müzakirə edərək formalaşdırmağa hazırdırlar və vasitəçilərin regiona gələcək səfərini alqışlayıblar”, - deyə həmsədrlər qeyd ediblər.
Məlumatda, həmçinin deyilir ki, həmsədrlər mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nə də toxunublar.
Vasitəçilər münaqişənin ümumi həlli nöqteyi-nəzərindən Dağlıq Qarabağdakı insanların gələcəyinin müəyyən edilməsindəki rolunu qəbul edirlər. Bununla belə, onlar qeyd edirlər ki, “həmsədr dövlətlər və dünyanın heç bir dövləti Dağlıq Qarabağı suveren və müstəqil ölkə kimi tanımır».
“Müvafiq olaraq biz bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir etmə baxımından qəbul etmirik. Vurğulayırıq ki, bu "seçkilər" Dağlıq Qarabağın yekun statusuna və Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həllinə istiqamətlənmiş danışıqlar prosesinin nəticələrinə heç bir təsir göstərə bilməz", - deyə məlumatda qeyd edilir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət