Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzi istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Alınan hər bir avtomobilin texniki baxışdan keçirilməsi isə vacib məsələdir. Muxtar respublikada bu iş diqqət mərkəzində saxlanılır, yeni texniki xidmət sahələri yaradılır”, - deyə o, öz çıxışında bildirib.
“Avtomobillərin sayının artması hər bir ölkənin inkişaf göstəricisidir. Lakin avtomobillərdən istifadə rahatlıqla bərabər, eyni zamanda müəyyən çətinliklər də yaradır. Bu çətinliklərin yaranmaması üçün, ilk növbədə, müasir sürücülük məktəbləri qurulub istifadəyə verilməli, avtomobillərə vaxtında texniki baxış keçirilməli və müasir yol-nəqliyyat infrastrukturu yaradılmalıdır. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rahat yol şəbəkəsi qurulub, avtomobillərə vaxtında texniki baxış keçirmək üçün müayinə mərkəzləri yaradılıb, müasir maddi-texniki və tədris bazasına malik olan sürücülük məktəbləri istifadəyə verilib. Bu gün muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərində ixtisaslı sürücülər hazırlanır, sürücülük peşəsi hərtərəfli öyrədilir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada yol hərəkətinin təhlükəsizliyi təmin edilib, qəzaların sayı azalıb. Avtomobil qəzalarının sayının azalması isə insanların sağlamlığının və ailələrin bütövlüyünün qorunması deməkdir. Bu mənada Culfa Rayonlararası Müayinə Mərkəzinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Müayinə mərkəzində Culfa və Ordubad rayonları üzrə qeydiyyatda olan 7200-ə yaxın nəqliyyat vasitəsinə texniki baxış keçiriləcək”, - deyə V.Talıbov qeyd edib.
Ali Məclisin sədri Culfa Rayonlararası Müayinə Mərkəzində avtomobillərin vaxtında texniki baxışdan keçiriləcəyinə və təhlükəsizlik qaydalarına tam əməl ediləcəyinə əminliyini bildirib.
Müayinə Mərkəzi bu sahədə tətbiq edilən ən qabaqcıl texnologiya ilə təchiz edilib. Burada Türkiyə, İtaliya və Koreya istehsalı olan avtomobillərin texniki baxışı üçün kompüter və avadanlıqlar quraşdırılıb.
Mərkəzdə hər gün 10 min nəqliyyat vasitəsi texniki baxışdan keçirilə bilər.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət