6-7 may 2015-ci il tarixlərində Azərbaycanın Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Polşa arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən baş nazirin müavini, iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, xarici işlər naziri Qjeqorj Sxetına, Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.
Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
X.Xələfov Azərbaycan-Polşa münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.
Görüşlər zamanı Polşa tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bildirib. Eyni zamanda qarşı tərəf Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiklərini vurğulayıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət