“Azərsu” “Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlayıb. Bu barədə ASC-nin məlumatında deyilir.
İşlər Azərbaycan hökumət ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.
Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3,8 min kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2 min kubmetr olan 4 su anbarının, anbarlararası xəttin inşası nəzərdə tutulur.
İşlər çərçivəsində həmçinin 61,4 km uzunluğunda içməli su şəbəkəsinin tikintisi, smart kart tipli sayğacların quraşdırılması planlaşdırılır.
Bundan başqa, layihə çərçivəsində şəhərdə kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə “Azərsu” 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektorunun, məhsuldarlığı sutkada 2,5 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisini planlaşdırır.
“Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.
“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. Həmçinin Qobustan rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək”, - deyə məlumatda qeyd olunur.
Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermir. Su şəbəkəsi 8,7 min nəfər əhalisi olan şəhərin cəmi 1,7 min sakininə və ya təqribən 20%-nə xidmət edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət