Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun həmsədri Hazem Qaşu bəyan edib ki, Suriyada gedən müharibə Azərbaycandan İordaniyaya qaz nəqli layihəsinin dayandırılmasına səbəb oldu.
“Biz İordaniyada Azərbaycan investisiyalarını görmək istəyirik. Bizim üçün energetika sahəsində əməkdaşlıq prioritet təşkil edir. Regionumuzdakı problemlər, əsasən Suriya problemi ilə bağlı olaraq yaranmış böhran səbəbindən Azərbaycanla qaz sazişi hələ ki, aktiv fazaya keçməyib”,- deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Həmsədrin sözlərinə görə, hər iki ölkə bu əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Biz ən qısa müddətdə Azərbaycan qazının İordaniyaya nəql edilməsini istərdik. Lakin biz fasilə götürmüşük. Buna baxmayaraq, biz bu əməkdaşlığı davam etdirmək istəyirik”, - deyə H.Qaşu qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq arzuolunan səviyyədə deyil.
“Biz bu münasibətləri maksimal dərəcədə inkişaf etdirmək niyyətindəyik. Biz siyasi, iqtisadi və sosial əməkdaşlıqda nümunəvi model nümayiş etdirmək istəyirik”,- deyə H.Qaşu qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/639715 ünvanında tanış ola bilərsiniz.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət