“New York Times” qəzeti Azərbaycanın Amerikadakı səfirinin müşaviri Məmməd Talıbovun məktubunu dərc edib. Məktubda daha öncə sözügedən qəzetdə dərc edilmiş və turistləri Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfərlərə təşviq edən “Qafqaz dağlarında səmimi qəbul” adlı məqalənin müəllifi tənqid edilir.
“Məqalə müəllifi Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının dolğun və faciəli tarixi, bir milyona yaxın Azərbaycan vətəndaşının bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi barədə yazmır. O, oxuculara bildirmir ki, işğal altında olan Azərbaycan torpaqlarına səfər etməklə onlar Azərbaycan qanunlarını və beynəlxalq normaları pozurlar, o, bir dəfə də olsun turistlərə ABŞ Dövlət Departamenti və digər qurumlar tərəfindən edilən bir sıra xəbərdarlıqlar barədə söz açmır”,- deyə məktubda bildirilir.
M.Talıbov qeyd edib ki, belə qanunsuz səfərlər, eləcə də məqalə müəllifinin özünün işğal olunmuş torpaqlara səfər etməsi gələcəkdə Azərbaycana səfərlərə məhdudiyyət qoyulmasına gətirib çıxaracaq.
Azərbaycanlı diplomat bildirib ki, bu məqalə potensial turistlərdə işğal edilmiş ərazilərə səfərlərin təhlükəsiz olması barədə yalnış təəssürat yarada bilər. Beynəlxalq böhran qrupu öz hesabatında qeyd edir ki, məcburi köçknlər atəşəkəs rejiminin pozulması, mina təhlükəsi, qəsdən törədilən yanğınlar və suyun çirkləndirilməsi şəraitində yaşamağa məcburdurlar.
“Azərbaycan məcburi köçkünlərin və turistlərin bu gözəl torpaqlara geri qayıda bilməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işi davam etdirir”,- deyə M.Talıbov qeyd edib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət