Azərbaycan iqtidarı ilə müxalifəti arasında dialoqun alternativi yoxdur. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cümə günü iqtidar-müxalifət dialoqunun 3-cü raundunun yekunları üzrə jurnalistlərə məlumat verib.
“Hesab edirəm ki, bu dialoqa alternativ yoxdur. Biz 2,5 saat ərzində səmərəli görüş keçirdik. Ötən görüşlərdən fərqli olaraq, bu dəfə gündəliyə əsas mövzularla yanaşı, cari məsələlər də daxil edilmişdi. Bununla biz partiya rəhbərlərinə nəinki müəyyən gündəlik, həm də onları və siyasi tərəfdaşlarını narahat edən məsələlərlə bağlı fikir bildirmək imkanı verdik”, - deyə Ə.Həsənov bildirib.
O qeyd edi ki, gündəliyin əsas mövzusu Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi olub, lakin siyasi partiya liderləri ötən görüşlərdə müzakirə edilən məsələləri, xüsusilə də bir qrup məhbusun azad olunması məsələsini qaldırıblar.
“O cümlədən görüş zamanı ictimai-siyasi proseslərdə iştirak, partiyaların maddi təminatı, bank kreditlərindən başlayaraq siyasi plüralizmə qədər Azərbaycan cəmiyyətində sosial problemlərə dair məsələlər qaldırılıb. Onların bəzilərinə dərhal reaksiya verdik, bəzilərinin növbəti görüşlərdə müzakirə olunması qərara alındı”, - deyə yüksək rütbəli məmur söyləyib.
Onun sözlərinə görə, partiya liderlərinin əksəriyyəti Avropa Oyunlarının Azərbaycan xalqı və dövlətinə lazım olmasına dair birgə qərara gəliblər, çünki bu tədbir Azərbaycana öz mədəniyyəti, milli-mənəvi dəyərləri, həyat tərzi, tolerantlığı və s. dünyaya çatdırmağa inkan yaradacaq.
“Bununla yanaşı, qeyd olunub ki, Avropa Oyunları ölkəyə idman ehtiyatlarını genişləndirməyə, həmçinin zəruri idman-infrastruktur siyasəti həyata keçirməyə imkan verib ki, gələcəkdə daha miqyaslı Olimpiya Oyunlarının keçirilməsinə iddia edilsin. Bu Oyunların bədxahlarımızın uzun illər boyu formalaşdırdıqları Azərbaycana qarşı stereotiplərin aradan qaldırılması üçün vasitə olduğu bildirilib”, - deyə Ə.Həsənov vurğulayıb.
O, siyasi partiyaların rəhbərlərinə dialoqda iştirak etdiklərinə görə minnətdarlığını bildirib.
“Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı təsisatlarıdır. Biz iqtidar, həmçinin onların yaşanan, proqnozlaşdırılan, nəzərdə tutulan proseslərə dair rəylərini dinləməliyik. Azərbaycan prezidenti İlham Əliyev belə düşünür. O hesab edir ki, Azərbaycan cəmiyyətində bütün məsələlərəində konsensus lazımdır”, - deyə Ə.Həsənov vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət